Xatırladaq ki, Loqandan başqa bu il yarışan bütün sürücülərin növbəti mövsümdə də yerlərini qoruyacağı dəqiqləşmişdi.
Ceyms Vovls: “Mən Loqan ilə əməkdaşlığımızı 2024-cü il mövsümünə qədər davam etdirməkdən məmnunam. Loqan böyük təzyiq altında əla bacarıq nümayiş etdirdi və bu amil onu komandamız üçün ideal namizəd etdi. Biz onun bacarıqlarına arxayınıq və inanırıq ki, qarşıdakı mövsümdə birlikdə böyük uğurlar qazana bilərik”.
Loqan Sarcent: “2024-cü il mövsümündə Williams Racing ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunam. Komanda və mən inanılmaz bir yoldan keçdik. İstedadlı və sadiq komanda ilə böyüməyə davam etmək fürsətinə görə minnətdaram. Gələcək üçün maraqlı planlarımız var və mən yeni ildə Williamsın uğuruna töhfə vermək üçün səbirsizlənirəm”.
Şərh əlavə et