Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Las Veqasda drenaj qapağının çıxıb maşınına dəyməsinə görə problem yaşamış və bu problemə görə yarışın startında 10 yer itirmişdi.
Əbu Dabidə isə ikinci sərbəst yürüşlərdə qəza etmiş və sıralanma turunda 16-cı olaraq, ikinci sessiyaya qala bilməmişdi.
Yarışa Hard təkərlərlə başlayan ispaniyalı sürücü trasda uzun müddət qalaraq, təhlükəsizlik maşını gözləyib,
amma bu qumar tutmayıb və 29 yaşlı sürücü yarışı xalsız başa vurub.
Beləliklə, Karlos Sayns mövsümü 7-ci yerdə bitirib və 4-cü yerə sadəcə 4 xal uduzub.
Karlos Sayns: “Mənim üçün yaxşı mövsüm oldu. Məncə, daha stabil mövsüm keçirdik.
Sözün açığı son iki yarışdan razı qalmadım. Bu son iki yarış mənim güclü keçirdiyim mövsümümə qara ləkə yaxır. Son iki yarışda mənim üçün hər şey tərs getdi. Dramatik hal idi, amma olanlar oldu. Bəzi mövsümlər belə keçir.
Əksər hallarda mövsümün sonlarında güclü oluram, amma bu il alınmadı. İndi isə oturub təhlil etməli, səhvlərimizi tapmalı və ən güclü formada geri qayıtmalıyıq.
Sözün açığı çox məyusam və Mühəndislər Kubokunda mübarizənin yaxın keçdiyini nəzərə alsaq, xoşbəxt deyiləm. Oturub bəzi şeyləri təhlil etməliyik, çünki Əbu Dabidə tempimiz də, maşındakı hissiyatımız da yaxşı deyildi.
Yarışa Hard təkərlərdə başladıq. Gözləyirdik ki, Hard təkərlərlə tək pit-stoplu strategiya seçərik. Ancaq bu il daha sərt tərkibləri seçəndə problemlər yaşayırıq. Bunu bir neçə dəfə görmüşük. Əbu Dabidə də belə oldu.
Yarışa 16-cı yerdən başlayırdıq və itirəcək heç nəyimiz yox idi. Yenə də bəxtimizi sınadıq. Yenə də işə yaramadı. Çirkli hava və sürüşməyə görə yarışın əvvəlində Hard təkərlər işləmədi.
Xal qazanmaq şansımız azalanda təhlükəsizlik maşını gözləyib, pitə girmədik, ancaq bu da işə yaramadı. Sonda isə güc qurğusu probleminə görə mübarizəni dayandırdıq. Buna görə də heç nə dəyişən deyildi”.
Şərh əlavə et