Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen vacib adamını itirib

Maks Ferstappenin idman müəllimlərindən biri olan Bredli Skeyns 2023-cü il mövsümü bitdikdən sonra işindən ayrılıb.

Kokpit.az bildirir ki, Əbu Dabi yarışı Skeynsin Ferstappenin müəllimi kimi çıxdığı son yarış olub. Britaniyalı məşqçi artıq daha sakit işdə işləyib, ailəsi ilə daha çox vaxt keçirmək istəyir.

Bredli Skeyns: “Həyat yoldaşım düşünür ki, Maks Ferstappenlə ondan çox vaxt keçirirəm”.

Qeyd edək ki, Formula1 təqvimində yarışların sayı hər il artır. Gələn mövsüm təqvimdə 24 yarış olacaq. Belə görünür ki, komanda işçiləri yenə ailələrinə vaxt ayıra bilməyəcəklər.

Onu da bildirək ki, Skeyns 4 ildir ki, Maks Ferstappenlə işləyir və niderlandlı sürücü bu müddət ərzində 3 dəfə Dünya Çempionu titulunu qazanıb.

Ferstappenin 2024-cü ildəki yeni məşqçisi Hintsa Performance şirkəti vasitəçiliyi ilə Rupert Mənveyrinq olacaq. Britaniyalı mütəxəssis 2015-ci ildən Karlos Saynsla işləyir.

Qeyd edək ki, Hintsa Performans şirkəti keçmişdə Mika Həkkinen və Lyuis Həmiltonla işləmiş Aki Hintsa tərəfindən qurulmuşdu. Aki 2016-ci ildə dünyasını dəyişib. Bu yei tərəfdaşlığın necə olacağı hamıya maraqlıdır.

Rauf Hacıyev

Şərh əlavə et