Xəbəri Kokpitdə Oxuyun!

Mercedes risk alır…

Mercedes ötən mövsüm Mühəndislər Kubokunu ikinci yerdə başa vursa da, heç bir qələbə qazana bilməyib və komandanın sürücüləri müntəzəm olaraq W14-ü tənqid ediblər.

Mercedes-in başçısı Toto Volff bildirib ki, komanda 2024-cü il mövsümü üçün maşın düzəldərkər risklərə gedib, hazırkı konsepti dəyişib.

Toto Volff: “Biz avtomobilin konseptini dəyişirik. Şassinin yerləşdirilməsi, çəki bölgüsü və hava axını kimi mövcud konsepsiyadan tamamilə uzaqlaşdıq. Demək olar ki, hər bir komponent dəyişir, bu da bizə şans verir. Ancaq səhv edə bilərik, buna görə də risklər var.

Mən şübhə ilə yanaşıram, amma komandanın mentaliteti həmişə irəli getmək və heç vaxt təslim olmamaqdır. Həyatımda heç vaxt heç nəyə nikbin baxmamışam. Bu, məni bədbəxt göstərə bilər, lakin bu yanaşma həmişə gözləntilərimi qarşılamağa və daha yaxşı çıxış etməyimə kömək edib.

İnanıram ki, biz heç vaxt kifayət qədər yaxşı deyilik, ona görə də indi məndə qarışıq hisslər var. Mühəndislər Kubokunda bir tərəfdən ikinci yeri tutduq, digər tərəfdən birinciliyi uduzduq…”

Elçin Zodorov

Şərh əlavə et