Xəbəri Kokpitdə Oxuyun!

Ferrari sürücülərlə danışıqlara başlayıb

İtaliya mətbuatının xəbərinə görə Ferrari komandası Şarl Lekler və Karlos Saynsla yeni müqavilə danışıqlarına başlayəb.

Kokpit.az xatırladır ki, Ferrari-də hər iki sürücünün də müqaviləsi 2024-cü ilin sonunda başa çatacaq. Lakin Şarl Leklerin komandada qalması ehtimal olunur.

Ancaq “qırmızılar” hazırkı sürücü heyətindən razıdırlar. Buna görə də iki sürücü ilə yola davam etmək istəyirlər. Buna görə də İtaliya komandası iki sürücüyə də ilin sonunda yeni müqavilə təklif etmək istəyir.

Amma İtaliya mətbuatının verdiyi xəbərə görə Lekler və Saynsla yeni müqavilə danışıqları çoxdan başlayıb. İddialara əsasən ilkin danışıqlar yaxşı keçib və iki sürücünün də komandada qalması gözlənilir. Danışıqları Ferrari komandasının rəhbəri Frederik Vassyör aparır.

Yeni danışıqların şərtləri barədə bir söz demək çətin olsa da, yeni müqavilələrin ikiillik olması gözlənilir. Bu isə o deməkdir ki, hər iki sürücü 2026-cı ilin sonuna kimi Ferrari-də qalacaq.

Ferrari bu mövzu barədə rəsmi açıqlama verməsə də, qışda yeni müqavilə üçün danışıqlar aparacaqlarını dəfələrlə deyiblər.

Rauf Hacıyev

Şərh əlavə et