Kokpit.az bildirir ki, bu həmlə McLaren üçün yeni bir səhifə açır və 2023-cü ildəki uğurdan sonra idmandakı varlığını daha da möhkəmləndirir. Müqavilə çoxillikdir və hər iki tərəf üçün strateji tərəfləri var.
McLaren şirlətinin rəhbəri Zek Braun: “Növbəti mövsümdən ikonik Monster Enery ilə güclərimizi birləşdirdiyimiz üçün sevincliyik. Monster idmançılara cəsartət verir və gözəl kontentlər yaratmağa köklənir. Buna görə də azarkeşlərimizin marağını cəlb edəcək və onları əyləndirəcək yeni yollar tapmaq üçün səbirsizlənirik”
Monster Energy-nin prezidenti Rodni Səks isə bunları deyib: “McLaren ilə yeni tərəfdaşlığa başladığımız üçün qürurluyuq. Biz McLaren kimi birinci sinif komanda və onun seçilmiş sürücüləri ilə tərəfdaşlıq qurmağa fokuslanmışıq. Lando Norris bə Oskar Piastri ilə həyəcanverici şeylər planlaşdırırıq və 2024-cü ildə birlikdə yarışmaq üçün səbirsizlənirik”.
Şərh əlavə et