Kokpit.az xatırladır ki, Əbu Dabi yarışından sonra komandalar Yas Marina trasını tərk etməyə tələsmirlər. Bütün komandalar Pirelli təkərlərini test etmək üçün burada qalmağa davam edirlər.
Bu test ərzində komandalar iki maşınla 2024-cü ilin təkərlərini test edəcəklər. Sürücülərdən biri isə mütləq debütant olmalıdır. Bu testlər ərzində sürücülər C1-dən C5-ə qədər bütün təkərlərin performansını yoxlayırlar.
Testlə qatılacaq sürücülər də məlum olub. Sonuncu Dünya Çempionu Maks Ferstappen eynilə Lyuis Həmilton kimi testlərdə iştirak etməyəcək. Bundan başqa Lando Norris, Pyer Qasli, Valtteri Bottas, Kevin Maqnussen və Niko Hülkenber də mövsümsonrası təkər testlərinə qatılmayacaqlar.
Şərh əlavə et