Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll: Alonso möhtəşəm idi

Aston Martin komandasının sürücüsü Ləns Stroll komanda yoldaşı Fernando Alonsoya təriflər yağdırıb.

Kokpit.az xatırladır ki, kanadalı sürücü mövsümün son yarışı Əbu Dabidə bir pit-stoplu strategiya seçib və 10-cu olaraq xal qazanıb.

Ləns Stroll: “Təhlükəsizlik maşını çıxsa, yaxşı olardı. Pit-stopa çox gec getdik. Ümid etdik ki, təhlükəsizlik maşını çıxar. Əgər belə olsa, McLaren-ə qarşı daha çox xal toplayardıq, amma alınmadı. Sonra da yarışa davam edib, 10-cu yeri tutduq.

Yarışın sonlarında Medium təkər yeyilməyə başladı. Sonra Rikkardo yanıma qədər gəldi, çünki Sayns pit-stop edənə oxşamırdı. Buna görə də Medium təkərlər tez yeyildi. Lakin həmişə mübarizə apardıq və limitlərdə sürdük.

Bazar günü güclü idik. Maşınım güclü idi və ümumilikdə bazar günü öndə idik. Ancaq McLaren daha sürətli idi. Mövsümün ikinci yarısında olduğu kimi bu həftəsonu da belə olmasını gözləyirdik.

Mövsümə doğrudan da güclü başladıq. Mövsümün ortası çətin olsa da, sonlara doğru yenidən sürətləndik. Düzdür, növbəti mövsüm üçün düzəldilməli problemlər var, amma yaxşı mövsüm keçirdik.

Fernando inanılmaz mövsüm keçirdi. Bütün o podiumlarla mövsüm ərzində çoz güclü idi. Bolidin ən yaxşı vaxtlarında maksimum nəticə qazandı.

Mövsümün ikinci yarısının böyük hissəsində geridə qaldıq. Mövsümün əvvəlində isə McLaren, Mercedes və Ferrari kimi komandalardan sürətli idik. Lakin sonrada onlar templərini artıraraq, mövsümü bizdən öndə bitirdilər.

Növbəti mövsümə daha yaxşı maşınla başlamalı və bunu mövsüm ərzində qorumalıyıq. Əsas hədəfimiz budur. Bazada artıq daha çox insan və avadanlıq var. Bunlar hamısı müsbət hallardır”.

Rauf Hacıyev

Şərh əlavə et