Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Həmiltonla təmas yarışımı məhv etdi

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Lyuis Həmiltonun təması nəticəsində bolidin diffuzoru zədələnib və dövrə başına 0.4 saniyə itiriblər.

Kokpit.az bildirir ki, Pyer Qasli yarışda ilk onluqda mübarizə apararkən, əylənmə zonasını qaçırıb və az qala trasdan çıxırdı. O anda arxadan gələn Lyuis Həmilton ona arxasan yüngül təmas edib.

Pyer Qasli bildirib ki, bu təmasdan sonra maşında ciddi zədə əmələ gəlib və buna görə yarışı 12-ci yerdə bitirib: “Mənim günüm deyildi. Lyuis maşınımın arxasına toxunub, diffuzorumu təmiz dağıtdı. Ondan sonra asfalta yapışmanı itirdim. Bundan başqa strategiyadan razı deyildim və bunu nəzərdən keçirəcəyik. Burada səhv etdik və dərs çıxarmalıyıq.

İtirdiyim asfaltayatma qüvvəsinə görə son 40 dövrə ərzində dövr başına 0.4 saniyə itirdim. Bu olmasa, Strolla 10-cu yer uğrunda mübarizə apara bilərdim. Daha yaxşısı elə də mümkün deyildi. Uzun sözün qısası, mövsümü bitirmək üçün elə də asan yarış deyildi.

Təmas zamanı əyləcə gec gec basdım və onun da əyləcə gec basması təəccüblü idi. Mən orada olmasam, tras xaricinə uçacaqdı. Bir az öndən sürüşmə yaşadım və təkərlər kilidləndi. Amma yenə də döngəni döndüm. Deyəsən əylənmə zonasını qaçırdım və maşınımın arxasına dəydi. Çox böyük zərbə idi və diffuzoru dağıtdı. Yəni vəziyyət yaxşı deyildi. Bu, 15-20 saniyə itirməyimizə səbəb oldu. Qəza bizə baha başa gəldi”.

Pyer Qasli bildirib ki, Esteban Okonun tək pit-stopla yarışl ondan öndə bitirnəsinə görə narazıdır: “Məncə, belə hal olmamalı idi. Öndəki maşın həmişə daha çox düşünülməlidir. Bu baş verməməli idi və hamımız bunu yaxşı bilirik. Əminəm ki, bundan dərs çıxaracağıq və bir daha baş verməyəcək. Əsas söhbət ofisdə olacaq. Əminəm ki, bunu edəcəyik.

Komanda ilə ilk mövsüm asan olmadı. Mən bunu ikitərəfli görürəm. Bir tərəfdən çətin mövsüm idi, çünki komanda olaraq istədiyimiz tempdə deyildik. Daha yaxşı yerlər üçün mübarizə aparacağımızı düşünürdük.

Digər tərəfdən komanda ilə iş prinsipimizdən razıyam. Bu Alpine-dəki ilk mövsümümdür. Bəhreynə komandanın necə işlədiyini bilmədən fərqıi maşınla gəldim. Yeni komandada hər şeyə öyrəşmək bir az vaxt alır. Geriyə dönüb baxanda indiyə kimi işləmə tərzimiz və uşaqlarla yola getməyimiz cəhətdən özümü daha yaxşı hiss edirəm. Bütün mövsüm ərzində qazandığımız inkişafdan çox razıyam. Gələn ildən etibarən daha yaxşı başlanğıc nöqtəmiz olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et