Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton narahatdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2024-cü il üçün narahatdır.

Kokpit.az xatırladır ki, Red Bull komandasının sürücüsü Maks Ferstappen Əbu Dabi yarışını 17 saniyə fərqlə qazanıb.

Qeyd edək ki, bu il 22 yarışdan 21-i qazanmış Red Bull komandası gələnilki maşın üzərində avqust ayından işləməyə başlamışdı.

Mercedes komandası isə mövsümün son yarışında güc-bəla ilə ikinciliyi təmin edib.

Lyuis Həmilton: “Çempionatı ikinci bitirdiyimiz üçün elə də məmnun deyiləm. Bu ildən çıxara biləcəyimiz çox şey yoxdur. Sadəcə həyatda qalmağa çalışdım. Sadəcə bu qədər.

Gələn il necə olacaq heç bilmirəm. Red Bull-un 17 saniyə fərqlə qazanması və avqustdan maşınları üzərində işləmələri narahat edir. Builki maşın barədə çox şey öyrəndik və qalanı komandadan asılıdır. Nə edəcəklərini bilirlər. Görək nə edirik”.

Rauf Hacıyev

Şərh əlavə et