Kokpit.az xatırladır ki, Red Bull komandasının sürücüsü Maks Ferstappen Əbu Dabi yarışını 17 saniyə fərqlə qazanıb.
Qeyd edək ki, bu il 22 yarışdan 21-i qazanmış Red Bull komandası gələnilki maşın üzərində avqust ayından işləməyə başlamışdı.
Mercedes komandası isə mövsümün son yarışında güc-bəla ilə ikinciliyi təmin edib.
Lyuis Həmilton: “Çempionatı ikinci bitirdiyimiz üçün elə də məmnun deyiləm. Bu ildən çıxara biləcəyimiz çox şey yoxdur. Sadəcə həyatda qalmağa çalışdım. Sadəcə bu qədər.
Gələn il necə olacaq heç bilmirəm. Red Bull-un 17 saniyə fərqlə qazanması və avqustdan maşınları üzərində işləmələri narahat edir. Builki maşın barədə çox şey öyrəndik və qalanı komandadan asılıdır. Nə edəcəklərini bilirlər. Görək nə edirik”.
Şərh əlavə et