Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Doqquzunculuq pis oldu

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, yarışda 9-cu yerdən yüksəlmək onlar üçün heç də asan olmayacaq.

Kokpit.az xatırladır ki, meksikalı sürücü Əbu Dabidə sıralanma turunda 5-ci olsa da, trası kəsdiyi

Üçün onun ən yaxşı nəticəsi silinib. Buna görə də 9-cu yerə yuvarlanıb.

Serxio Peres: “Son sessiyaya qədər sıralanma turu bizim üçün yaxşı gedirdi. Sonra isə motorun xəritələnməsinə görə sürətlənmədə problem yaşadıq və vəziyyət qarışdı. Son cəhdimdə olarkən ilk döngədə tras limitlərini aşdım və bu heç də yaxşı olmadı. Bundan başqa 6-cı döngədə səhv etdim. Üçüncü sessiya heç də yaxşı keçmədi.

Son sessiyaya bir dəst təzə təkər saxlamaq işləri lap çətinləşdirdi. Yarışa beşinci başlamaq fərq yarada bilərdi, amma indi doqquzuncuyuq. Yarış uzundur və yeyilmə çox olacaq. Görən nə baş verir.

Heç kim dolu çənlə sürə bilməyib və buna görə də yeyilmə nə həddə olacaq bilinmir”.

Rauf Hacıyev

Şərh əlavə et