Mario İzola: “Mövsüm daha bir möhtəşəm təsnifat ilə başa çatır. Hər üç seansda çox gərgin mübarizə gedirdi və hər bir xırda şey önəmli idi. Yas Marina trasında dövrə vaxtları adətən üçüncü sektordan asılıdır. Təkərləri isinmə dövrəsində hazırlamaq kifayət deyil, həm də cəhd zamanı onların vəziyyətinə nəzarət etmək lazımdır ki, üçüncü sektorda təkərlər mümkün olan ən yaxşı vəziyyətdə qalsın. Bu amil boşluqların minimal olduğu bir vəziyyətdə daha çox qeyri-müəyyənlik yaradır.
Yarışdan danışası olsaq, demək olar ki, bütün komandalar iki Hard dəsti saxlayıblar. Bu onu deməyə əsas verir ki, komandalar C3 tərkibini üstün hesab edirlər. Nəzəri olaraq, bir pit-stoplu strategiyası sizə yarışda ən sürətli variantı təklif edir – Medium-dan başlayın və sonra Hard-a keçin. İki pit-stoplu strategiya Medium-la startı, sonra isə ardıcıl iki Hard təkəri nəzərdə tutur – təhlükəsizlik maşını yarışın ikinci hissəsində trasa daxil olarsa, məqbul seçimdir. Kiminsə Soft təkərləri seçməsini təsəvvür etmək çətindir”.
Şərh əlavə et