Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Səhv etdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, ilk cərgəmi itirdiyi üçün çox məyusdur.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü son cəhdində sürətli idi, lakin o, drift edərək vaxt itirib. Buna görə də bugünkü yarışa beşinci yerdən başlayacaq.

Lando Norris: “Səhv mənə 0.4 saniyə vaxt itizdirdi. Buna görə də ilk cərgəni əldən verdim. Ancaq olan-oldu. Buna görə danışmağın mənası yoxdur.

Yarış tempim barədə fikrim yoxdur. Cümə günü sadəcə ikinci sərbəst yürüşlərdə iştirak etdim. Onda da iki dəfə qırmızı bayraq çıxdı və ardıcıl dövrələr vura bilmədik. Bundan başqa 50 dövrədən ağır çənlə bir dövrə belə vurmamışam. Buna görə bilmirəm. Şənbə günü mənim üçün bərbad keçdi. Lakin maşın bütün həftəsonu ərzində çox güclü idi.

Bu səhv barədə çox düşünərəmmi bilmirəm. Birinci yer üçün mübarizə aparsaydıq, bəlkə, amma birinci yeri alacağımızı düşünmürəm, ancaq bilmək olmaz. Sıralanma turunda yaxşı yer üçün mübarizə aparandə səhv etmək əsəbpozucudur. Hazırda şənbə günləri çox səhv edirəm.

O dövrədən əvvəl yaxşı nəticələrim olmuşdu. Birinci və ikinci sessiyada yaxşı dövrələr vurmuşdum. Üçüncü sessiyadakı ilk cəhdim də çox güclü idi. Son cəhdimdə nə baş verdi bilmirəm. Bütün həftəsonu səhv etməmişdim. Vəziyyət çox əsəbimi pozyr, çünki şənbə günləri zəifəm.

Özümə yüklənmirəm. İkinci yer üçün mübarizə aparırdım və axmaq səhvə görə beşinci yerə düşdüm. Əksinə özümə qarşı çox yumşaq davranıram”.

Rauf Hacıyev

Şərh əlavə et