Cümə günü sərbəst yürüşlərdə Corc Rassell və Şarl Lekler üstün olublar, dünənki son məşqlərdə Corc yenidən hamını qabaqlayıb. Poul yarışında isə Maks Ferstappen son cəhdində səhvə yol verməsinə baxmayaraq, birinci olub.
Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Stroll, Sayns və Bottas start üçün Hard, qalan 17 sürücü isə Medium təkərləri seçib. Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Piastri və Rassell, üçüncü cərgədən isə Norris və Tsunoda başlayıblar.
Startda Maks yerini qoruyub, Norris bir, Həmilton isə üç mövqe qazanıb. Lakin yeddiqat dünya çempionu Peresi tras xaricinə çıxmaq hesabına ötüb. Peres üçüncü dövrədə yerini bərpa edib. Maqnussen və Rikkardo olduqca erkən pit-stop ediblər.
11-ci dövrədə Rassell dördüncü yer üçün Piastrini keçib. Peres Qaslini qabaqlayaraq səkkizinci yerə yüksəlib. 12-ci dövrədə Alonso, 14-cü dövrədə Piastri, Hülkenberq və Çjou, 15-ci dövrədə Norris və Rassell təkərlərini dəyişiblər. Landonun maşınına qulluq edilərkən kiçik gecikməyə yol verilib. 16-cı dövrədə Həmilton, Okon və Sarcent pit-stop edənlərin siyahısına qoşulublar.
Yarışa Tsunoda bir müddət liderlik edib və bunu komandanın başçısı kimi son yarışını keçirən Frants Tost üçün kiçik hədiyyə hesab etmək olar.
Qasli və Həmilton təmas yaşayıb, heç birinə cəza verilməyib. 17-ci dövrədə Ferstappen və Elbon, 18-də Lekler, Sayns, Peres və Qasli, 23-də Tsunoda və Stroll pit-stop ediblər. 23-cü dövrədə Norris Saynsı, Həmilton Bottas və Tsunodanı qabaqlayıb, Sayns isə təkərləri dəyişdirərər yenidən trasa qayıdıb.
25-ci dövrədə Peres Alonsonu, Həmilton isə Rikkardonu qabaqlayıb. 25-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Norris – Piastri – Peres – Alonso – Həmilton – Rikkardo – Tsunoda.
Həmilton Rikkardo və Tsunodanı qabaqlayaraq səkkizinci yerə yüksəlib. Yarışın yarısında Əbu Dabidə günəş batdı. Mənzərə daha da təsiredici olub. 32-ci dövrədə Rikkardo təkər dəyişdirib, 33-də Qasli, 34-də Norris və Hülkenberq, 35-də Rassel, 36-da Lekler və Həmilton, 37-də Piastri və Alonso ona qoşulub.
Piastri və Həmilton Alonsonu qabaqlayıblar, Fernando mühəndisə avtomobilin düzlükdə sürətini itirməsindən şikayətlənib, lakin bir qədər sonra Lyuisi keçib. 43-cü dövrədə Norris beşinci yer üçün Tsunodanı keçib. Peres və Stroll növbəti pit-stop üçün dayanıblar, Ferstappen və Elbon bunu 44-cü dövrədə ediblər.
48-ci dövrədə Peres altıncı döngədə Norrisə hücum edib – maşınlar toxunub və Serxio bu insidentə görə beş saniyəlik cəza alıb. Həmilton 9-cu yer uğrunda mübarizədə Saynsdan öndə olub. 50-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Rassell – Peres – Norris – Piastri – Tsunoda – Alonso – Həmilton – Sayns.
51-ci dövrədə Okon 11-ci yer üçün Strollu qabaqlayıb. 57 dövrədə Sayns pit yoluna üz tutub və yarışı dayandırıb. Son dövrədə Lekler cəriməsi olan Peresi önə buraxıb ki, Rasselldən 5 saniyədən çox uzaqlaşa bilsin və yekun nəticədə özündən geridə, Raselldən isə öndə finiş görərək Ferrari-nin çempionatı ikinci yerdə başa vurmasına səbəb olsun. Lakin bu hesablamalar tutmayıb.
Maks Ferstappen mövsümdə 22-ci yarışda 19-cu qələbəsini qazanaraq yenilənməsi çox çətin olan bir rekorda imza atıb. Bu, niderlandlı sürücünün ardıcıl 7-ci, karyerasında isə 54-cü qələbəsidir. O, artıq F1 tarixində ən çox qələbə qazanmış 3 sürücüdən biridir. Şarl Lekler ikinci, Corc Rassell ilə üçüncü yeri tutublar.
Bununla da sayca 74-cü olan Formula 1 mövsümü başa çatıb. Sürücüləri iki günlük təkər testləri gözləyir və sonrasında qış tətili başlayacaq. Bizə isə fevralda maşın təqdimatlarını, ardınca mövsümöncəsi testləri və 97 gün sonra start götürəcək 2024-ci il mövsümünü gözləmək qalır. Vaxt sürətlə keçəcək…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Maks Ferstappen | Red Bull | 1:27:02.624 | 2 |
2 | Şarl Lekler | Ferrari | +17.993 | 2 |
3 | Corc Rassell | Mercedes | +20.328 | 2 |
4 | Serxio Peres* | Red Bull | +21.453 | 2 |
5 | Lando Norris | McLaren | +24.284 | 2 |
6 | Oskar Piastri | McLaren | +31.487 | 2 |
7 | Fernando Alonso | Aston Martin | +39.512 | 2 |
8 | Yuki Tsunoda | AlphaTauri | +43.088 | 1 |
9 | Lyuis Həmilton | Mercedes | +44.424 | 2 |
10 | Ləns Stroll | Aston Martin | +55.632 | 2 |
11 | Daniel Rikkardo | AlphaTauri | +56.229 | 2 |
12 | Esteban Okon | Alpine | +66.373 | 1 |
13 | Pyer Qasli | Alpine | +70.360 | 2 |
14 | Aleksander Elbon | Williams | +73.184 | 2 |
15 | Niko Hülkenberq | Haas | +83.696 | 2 |
16 | Loqan Sarcent | Williams | +87.791 | 2 |
17 | Quanyu Çjou | Alfa Romeo | +89.422 | 2 |
18 | Valtteri Bottas | Alfa Romeo | +dövrə | 1 |
19 | Kevin Maqnussen | Haas | +dövrə | 2 |
* – Norrislə mübarizə zamanı yaşanan insidentə görə Peresin nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1.26.993 (218.541 km/s)
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Festappen | Oracle Red Bull Racing | 575 |
2 | Serxio Peres | Oracle Red Bull Racing | 285 |
3 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 234 |
4 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 206 |
5 | Şarl Lekler | Scuderia Ferrari | 206 |
6 | Lando Norris | McLaren F1 Team | 205 |
7 | Karlos Sayns | Scuderia Ferrari | 200 |
8 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 175 |
9 | Oskar Piastri | McLaren F1 Team | 97 |
10 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 74 |
11 | Pyer Qasli | BWT Alpine F1 Team | 62 |
12 | Esteban Okon | BWT Alpine F1 Team | 58 |
13 | Aleksander Elbon | Williams Racing | 27 |
14 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 17 |
15 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 10 |
16 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 9 |
17 | Daniel Rikkardo | Scuderia AlphaTauri | 6 |
18 | Quanyu Çjou | Alfa Romeo F1 Team Stake | 6 |
19 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 3 |
20 | Lyam Louson | Scuderia AlphaTauri | 2 |
21 | Loqan Sarcent | Williams Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | 1. Oracle Red Bull Racing | Honda RBPT | 860 |
2 | 2. Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 409 |
3 | 3. Scuderia Ferrari | Ferrari | 406 |
4 | 4. McLaren F1 Team | Mercedes | 302 |
5 | 5. Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 280 |
6 | 6. BWT Alpine F1 Team | Renault | 120 |
7 | 7. Williams Racing | Mercedes | 28 |
8 | 8. Scuderia AlphaTauri | Honda RBPT | 25 |
9 | 9. Alfa Romeo F1 Team Stake | Ferrari | 16 |
10 | 10. MoneyGram Haas F1 Team | Ferrari | 12 |
Şərh əlavə et