Kokpit.az xatırladır ki, monakolu sürücü son cəhdində təzə təkərlə trasa çıxaraq, yaxşı dövrə vurub və Ferrari-nin zəif göründüyü Əbu Dabi sıralanma turunda ikimci yeri tutub.
Şarl Lekler: “Bəli, xoşbəxtəm. Amma düzünü desəm, həftəsonu indiyə kimi göstərdiyimiz performansı düşünəndə bu nəticəni gözləmirdim. Son cəhdimdə hər şeyi bir araya gətirməli idim. Son döngədə maşın bir az çox sürüşdü, amma bu hamının başına gəldi. Buna görə də ikinci yerdən razıyam.
Birinci və ikinci sessiyada yaxşı nəticə üçün narahat idim. Sonda ön sırada yer aldım və sevincliyəm.
Bolidimiz çox seçicidir. Təkərin üst qatını yeyəndə elə olur. Son sessiyanın ilk dövrəsi yaxşı olsa da, sonuncu yeri tutduq. Yeni təkərlərə keçəndə hər şey canlandı. Özümü əla hiss etdim. Yenə də əla dövrə vurdum və ön sırada olduğum üçün çox sevincliyəm. Böyük sürpriz oldu”.
Şərh əlavə et