Kokpit.az bildirir ki, fransalı sürücü Əbu Dabidə birinci sərbəst yürüşlərdə yerini Cek Duhana verib. İkinci sərbəst yürüşlərdə 14-cü yeri tutub.
Esteban Okon: “Mövsümün son cümə sərbəst yürüşləri yaxşı başlamadı. Təəssüflər olsun ki, çərşənbə günü ağır xəstə idim və səhər paddoka gələndə özümü yaxşı hiss etmirdim.
İlk sessiyada maşınımı Cek sürdü və çox şeyi test etdi. Əla sessiya keçirdi və daha sonra Formula2-də poul qazandı. Bu çox əla idi. İkinci sərbəst yürüşlər isə qırmızı bayraqlara görə iki dəfə dayandı və çox dövrə ata bilmədik.
Əlimizdəki imkanlardan faydalana bilmədik, amma şənbə günü yenidən sükan arxasına qayıtmaq və sıralanma turundan əvvəl daha çox dövrə vurmaq istəyirik. Daha yaxşı nəticə qazanmaq üçün potensialımız var”.
Pyer Qasli isə cümə sərbəst yürüşlərini 9-cu yerdə bağlayıb. O da bolidin potensialının olduğunu düşünür: “İkinci sərbəst yürüşlərin qırmızı bayrağa görə dayandığını düşünsək, indiyə kimi maraqlı həftəsonu olur. Bizim üçün çox adi bir gün idi. Komanda yaxşı vəziyyətdədir. İndi daha yaxşı nəticə qazanmaq üçün maşında bəzi şeyləri dəyişməliyik.
Sükan arxasında özümü yaxşı hiss edirəm. Görək şənbə günü nə olur”.
Şərh əlavə et