Kokpit.az xatırladır ki, niderlandlı sürücü sərbəst yürüşlərdə boliddən heç də razı deyildi və geridə qalırdı. Ancaq üçqat Dünya Çempionu sıralanma turunda hər üç sessiyada da birinci olaraq, növbəti poulunu qazanıb.
Maks Ferstappen: “Doğrudan da qəribədir. İndiyə kimi var gücümlə sürürdüm. Sıralanma turu ərzində bolidi təkmilləşdirdik və ilk dövrədən etibarən hər şey yaxşı görünürdü. Buna görə də poul qazandığımız üçün sevinirik.
Burada kiçik sürüşmə ya da xırda səhv bizə baha başa gələ bilər. Sərbəst yürüşlərdə bizim başımıza gələn də bu idi. Lakin sıralanma turunda hər şey qaydasında idi.
Yarışda nə qədər yaxşı olacağımıza dair fikrim yoxdur. Normalda hər zaman çox yaxşı oluruq. Gözləyək görək.
Bizim üçün doğrudan da xüsusi mövsüm oldu. Hazırkı vəziyyətdən həzz alırıq. Builki uğurlarımızdan həzz alırıq”.
Şərh əlavə et