Kokpit.az xatırladır ki, niderlandlı sürücü Əbu Dabidə birinci sərbəst yürüşlərdə trasa çıxmayıb. İkinci sessiyada isə o üçüncü yeri tutub.
Maks Ferstappen: “Cümə günü çox şey öyrənmədik. Bizim tərəfdə hər şey mükəmməl deyildi. Boliddə balans problemləri var idi. Bolid öndən sürüşürdü və dalğalanırdı. Şənbə günü üçün bəzi problemləri həll etməliyik.
Sıralanma turunda güclü olmaq üçün sonuncu sərbəst yürüşlərdə bəzi şeyləri həll etməliyik. Görəcəyik. Şəxsən zirvədən bu qədər uzaq olmağı gözləmirdim və bu bizim üçün sual işarəsidir.
Düzdür, bütün problemlərə baxmayaraq, üçüncüyük və bu pis deyil. Amma balans cəhətdən daha yaxşı ola bilərik. Buna görə hər şeyi dəyərləndirəcəyik”.
Niderlandlı sürücü ikinci sessiyada qırmızı bayraqlardan sonra pit yolunda rəqiblərini ötüb keçib. Corc Rassell bu manevrə görə çox narahat olub.
Maks bu barədə də danışıb: “Sözün açığı, getmək əvəzinə dayanırlar. Mən də pit yolundan tez çıxmaq istədim, çünki vaxt az idi. Lakin onlar yolun ortasında gedirlər və mən onları keçəndə divara sıxırlar. Əsl axmaqlıqdır”.
Şərh əlavə et