Kokpit.az bildirir ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə trasa çıxmayıb. İkinci sərbəst yürüşlərdə isə az dövrə vurub və bolidin balansından narazı qalıb.
Lyuis Həmilton: “Heç də xoşbəxt deyiləm. Yaxşı gün deyildi. Bir neçə dövrə vura bildim. Sessiya əsabpozucu idi və deyəsən bütün sürücülər üçün elə oldu. Bolid və tras haqda çox məlumat toplaya bilmədik.
Lakin bolid pis deyildi. Məncə, pis yerdə deyilik. Daha çox dövrə vurmamaq məyusedicidir, amma şənbə günü üçüncü sərbəst yürüşlərdə vəziyyəti düzəltməyə çalışacağıq.
Sıralanma turunda son sessiyaya qalıb-qalmayacağımız müəmmalıdır. Bu il çətin sıralanma sessiyaları keçirdik. Bəzən ikinci sessiyaya qalmaq belə çətin idi. Şənbə günü son sessiyaya çıxacağımıza əmin olmalıyıq.
Cord yaxşı görünür. Yaxşı yerdədir, amma ilk sessiyada iştirak etmişdi. Yenə də bəhanə axtarmayacağam. Şənbə günü bəxtimi yenə sınayacağam”
Şərh əlavə et