Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi 2023: Rassell yenə zirvədədir

Üçüncü məşqlər xüsusi əhəmiyyət qazanıb. İlk sessiyada komandalarnın vəzifəsi gənc pilotları sükan arxasına yerləşdirmək olub, ikinci isə qırmızı bayraqlara görə uzun müddət yarımçıq qalıb, ona görə də proqramın böyük hissəsi şənbə gününə təxirə salınmalı olub.

Ferrari və Haas avtomobilləri dünənki qəzalardan sonra bərpa ediblər; Scuderia komendant saatı qaydasını pozaraq Sayns üçün maşını yeni şassidə yığıb.

Yas Marinada ötmək çətindir. Ona görə də, komandalar daha çox soft təkərlərlə işləyərək sıralanma turuna hazırlaşıblar. Xatırladaq ki, Pirelli bura ən yumşaq üçlüyü gətirib.

Corc Rassell 1:24.418-lik nəticə ilə hamını üstələyib. Sıralanma turu və yarış tam başqa şəraitdə baş tutacaq. Bizi bu gün axşam maraqlı sıralanma turu gözləyir.

Sıra Sürücü Komanda Zaman Fərq Dövrə
1 Corc Rassell Mercedes 1:24.418 14
2 Lando Norris McLaren 1:24.513 +0.095 16
3 Oskar Piastri McLaren 1:24.810 +0.392 16
4 Aleksander Elbon Williams 1:24.929 +0.511 17
5 Şarl Lekler Ferrari 1:25.099 +0.681 27
6 Maks Ferstappen Red Bull 1:25.153 +0.735 19
7 Esteban Okon Alpine 1:25.194 +0.776 18
8 Loqan Sarcent Williams 1:25.205 +0.787 17
9 Yuki Tsunoda AlphaTauri 1:25.222 +0.804 15
10 Quanyu Çjou Alfa Romeo 1:25.258 +0.840 23
11 Serxio Peres Red Bull 1:25.259 +0.841 21
12 Lyuis Həmilton Mercedes 1:25.292 +0.874 26
13 Pyer Qasli Alpine 1:25.303 +0.885 18
14 Fernando Alonso Aston Martin 1:25.343 +0.925 25
15 Ləns Stroll Aston Martin 1:25.405 +0.987 24
16 Valtteri Bottas Alfa Romeo 1:25.420 +1.002 16
17 Niko Hülkenberq Haas 1:25.584 +1.166 22
18 Daniel Rikkardo AlphaTauri 1:25.597 +1.179 15
19 Kevin Maqnussen Haas 1:25.652 +1.234 20
20 Karlos Sayns Ferrari 1:25.713 +1.295 29

Elçin Zodorov

Şərh əlavə et