Xəbəri Kokpitdə Oxuyun!

Rəsmən: McLaren 2030-cu ilə qədər Mercedes-lə işləyəcək

McLren komandası Mercedes-lə olan mühərrik müqaviləsini 2030-cu ilin sonuna qədər uzadıb.

Kokpit.az bildirir ki, McLaren komandası 1995-2014-cü illərdə Mercedes mühərriklərindən istifadə etmiş və son çempionluğunu almanlarla birgə əldə etmişdi.

McLaren 2015-2017-ci illərdə Honda, 2018-2020-ci illərdə isə Renault mühərriklərindən istifadə etsə də, istədiyi nəticələri əldə edə bilməmişdi. Buna görə də 2021-ci ildə yenidən Mercedes motorlarına qayıtmışdılar.

Tərəflər arasındakı müqavilə 2025-ci ilin sonundan bitəcəkdi və McLaren fərqli namizədləri dəyərləndirmək üçün kəşfə çıxmışdı. Lakin yekunda “narıncılar” yenə də köhnə dostları olan Mercedes-i seçib və tərəflər 2030-cu ilin sonuna kimi müqavilə imzalayıblar.

Beləliklə, 2026-cı ildən sonra Mercedes motorundan istifadə edəcək iki komanda var. Digəri isə Mercedes-in baza komandasıdır.

McLaren-in rəhbəri Zek Braun: “Mercedes Benz uzun illərdir ki, McLaren üçün mükəmməl və güvənli tərəfdaş olub. Müqavilənin uzadılması göstərir ki, səhmdarlarımız və komanda Mercedes-in güc qurğusuna güvənirlər və onlarla yeni reqlamentdə də davam etmək istəyirlər.

Bizə güc qurğusu verdikləri həm son üç mövsümdə, həm də əvvəlki illərdə vacib uğurlar qazandıq. Buna görə də ön tərəfdə mübarizə aparmaq və birlikdə yeni uğurlar qazanmaq üçün səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et