Xəbəri Kokpitdə Oxuyun!

Rəsmən: O’Vard McLaren-in ehtiyat sürücüsüdür

McLaren Formula 1 komandası Arrow McLaren İndycar komandasının sürücüsü Pato O’Vardu ehtiyat pilot kimi heyətinə qatıb.

Kokpit.az bildirir ki, meksikalı sürücü 2020-ci ildən McLaren-in şərəfini qoruyur. Pato bu illər ərzində McLaren-in çox bolidi ilə test edib. O, bu həftəsonu Əbu Dabidə MCL60-ın sükanı arxasına keçəcək.

McLaren komandası verdiyi açıqlamada bildirib ki, gənc sürücü gələn ildən McLaren Formula1 komandasının ehtiyat sürücüsü olacaq.

Komanda rəhbəri Andrea Stella: “McLaren Formula1 komandası olaraq Pato O’Vardı heyətimizə qatdığımızı sizə bildiririk. Pato İndyCar-da effektiv mövsüm keçirib və sürücü proqramında əla performans göstərib. Bunun hesabına super lisenziya qazanıb.

Biz istəyirik ki, geniş sürücü heyətimiz olsun. Onun yeni işindəki inkişafını görmək üçün səbirsizlənirik. McLaren-in ehtiyat sürücü heyətində başqa sürücülər də olacaq, lakin onların adı hələ də məlum deyil. Bu sürücülərdən biri Mik Şumaxer olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et