Kokpit.az xatırladır ki, Karlos Sayns mövsümü dördüncü yerdə bitirə bilər və belə olan halda bu onun karyerasındakı ən yaxşı nəticə olacaq.
Lakin ispaniyalı sürücü düşünür ki, bu elə də önəmli uğur deyil. Əsas komandanın Mühəndislər Kubokunda Mercedes-i qabaqlamasıdır.
Karlos Sayns: “Bu il enişli-yoxuşlu mövsüm keçirdik. Ümumilikdə mənim üçün əla mövsüm idi. Lakin məyusuq, çünki hədəflərimizə çata bilmədik. Yenə də maşınla zirvəyə yüksəldik və bəzi güclü yarışlar keçirdik.
Mövsümün sonunda çempionatda neçənci olacağımızın önəmi yoxdur. Dördüncü, beşinci və ya altıncı olmaq həyatımı dəyişməyəcək. Yenə də çempionatda dördüncü olmaq və Mühəndislər Kubokunda Ferrari-yə kömək etmək istəyirəm. Bizi Mercedes-lə gərgin mübarizə gözləyir. Mövsüm ərzində onsuz da belə idi.
Əbu Dabi trası Ferrari və ya Mercedes-dən çox Red Bull-la McLaren-ə uyğundur. Bizi çətin həftəsonu gözləyir”.
Şərh əlavə et