Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi-2023: İlk məşqlərdə Rassell üstündür

Reqlament komandaları mövsümdə iki dəfə gənc sürücülərə məşqlərdə yer verməsini məcbur e.dir Hamı bunu son yarışa qədər təxirə saldığı üçün mövsümün son mərhələsinin ilk məşqində birdən on əvəzetmə olub.

Mercedes-də Lyuis Həmiltonu Frederik Vesti, Ferrari-də Robert Şvartsman Şarl Lekleri, McLaren-də Lando Norrisi Pato O’Vard, Aston Martin-də Fernando Alonsonu Felipe Druqoviç, Alpine-da Cek Duen Esteban Okonu, Williams-da Zak O’Sallivan Aleks Elbonu, Alfa Romeo-da Teo Purşer Quanyu Çjounu, Haas-da Oliver Berman Niko Hülkenberqi, Red Bull-da isə Ceyk Dennis Red Bullda Maks Ferstappeni, Ayzek Hacar isə Serxio Peresi əvəz edib.

Pirelli buraya C3, C4 və C5 tərkiblərini gətirib. Bir çoxları növbəti mövsüm üçün yeni detalları qiymətləndirmək məqsədilə aerodinamik sensorlarla yola çıxıblar. Sarcent və Duen qəzadan son anda qurtulublar. Stüardlar sessiyadan sonra insidenti qiymətləndirəcəklər.

Əbu Dabidə ilk və üçüncü məşqlər əsas sessiyalarla fərqli şəraitlərdə baş tutduğu üçün o qədər də əhəmiyyətli hesab edilmir. İlk sessiyada protokollarda ilk yerə Corc Rassellin adı yazılıb – 1:26.072. Məşqlər axşam davam edəcək.

Sıra Sürücü Komanda Zaman Fərq Dövrə
1 Corc Rassell Mercedes 1:26.072 26
2 Felipe Druqoviç Aston Martin 1:26.360 +0.288 26
3 Daniel Rikkardo AlphaTauri 1:26.433 +0.361 26
4 Valtteri Bottas Alfa Romeo 1:26.453 +0.381 21
5 Ləns Stroll Aston Martin 1:26.631 +0.559 21
6 Oskar Piastri McLaren 1:26.665 +0.593 25
7 Karlos Sayns Ferrari 1:26.676 +0.604 24
8 Robert Şvartsman Ferrari 1:26.703 +0.631 25
9 Pyer Qasli Alpine 1:26.720 +0.648 26
10 Yuki Tsunoda AlphaTauri 1:26.725 +0.653 27
11 Loqan Sarcent Williams 1:26.742 +0.670 27
12 Frederik Vesti Mercedes 1:26.815 +0.743 27
13 Cek Duen Alpine 1:26.865 +0.793 23
14 Teo Purşer Alfa Romeo 1:27.093 +1.021 20
15 Pato O’Vard McLaren 1:27.114 +1.042 23
16 Ceyk Dennis  Red Bull 1:27.208 +1.136 24
17 Ayzek Hacar  Red Bull 1:27.244 +1.172 20
18 Zak O’Sallivan Williams 1:27.460 +1.388 28
19 Kevin Maqnussen Haas 1:27.462 +1.390 26
20 Oliver Berman Haas 1:27.569 +1.497 24

Elçin Zodorov

Şərh əlavə et