Kokpit.az xatırladır ki, britaniyalı sürücü Las Veqas yarışında bolidinin idarəetməsini itirərək, qəza etmişdi.
Lando Norris: “Mövsümün finalı gəldi! Las Veqas yarışı istədiyim kimi olmasa da, özümü yaxşı hiss edirəm. Yenidən yarışmaq üçün həyəcanlanıram.
Bolidimi növbəti yarışa hazırlayan komanda işçilərinə təşəkkür edirəm. Bundan başqa mənə mesaj göndərən azarkeşlərimə minnətdaram.
Enişli-yoxuşlu mövsüm oldu. Hazırkı vəziyyətə gəlmək üçün çox adam işlədi. Mövsümün son yarışında da maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Oskar Piastri isə Abu Dabidə yarışmaq üçün səbirsizlənir: “Əbu Dabiyə qayıtmaq üçün səbirsizlənirəm. Aşağı seriyalardan ora ilə bağlı yaxşı xatirələrim var. Bundan başqa McLaren ilə debütant testimi orada etmiıdim.
2023-cü il mövsümü hər cəhətdən çox sürətli keçdi. Mənim üçün öyrənməyə davam etdiyim əla mövsüm oldu. Qazandığım bəzi nəticələri ömrümün sonuna qədər xatırlayacağam. Komanda ilə birlikdə ən yaxşı nəticələri əldə etmək üçün səbirsizlənirəm.
Bu, son həmlədir və komandamızdakı və bazadakı işçilərin həyəxanı bizi daha istəkli olmağa vadar edir”.
Şərh əlavə et