Kokpit.az xatırladır ki, Haas komandası keçən il 37 xal toplamış və 8-ci olmuşdu. Lakin bu il onlar sadəcə 12 xal toplaya biliblər və hazırda çempionatda sonuncu yerdədirlər.
Günter Ştayner: “Mövsümün başlanğıcı yaxşı və cəsarətverici idi. Təcrübəyə ehtiyacımız olduğu üçün komandaya Niko Hülkenberqi gətirdik, amma mövsüm getdikcə problemlər yaşamağa başladıq. Rəqiblərimizdən fərqli olaraq maşını inkişaf etdirə bilmədik. Bir addım geriyə getdik, amma ümid edirəm ki, növbəti mövsüm doğru yolu taparıq. Mövsümün ən gözəl anı Niko Hülkenberqin idmana qayıtdıqdan sonra Avstraliyada xal alması idi.
Qışda istirahət etməyə vaxtımız olmayacaq. Yenidən yaxşı nəticələr qazanmaq üçün çox işləməliyik. İndi isə sadəcə gələcəyə baxırıq. Keçmişi unutmuruq, çünki onlardan çox şey öyrəndik. Artıq növbəti mövsümü gözləyirik”.
Şərh əlavə et