Kokpit.az xatırladır ki, iki Red Bull komandasından biri olan İtaliya komandası 2020-ci ildən AlphaTauri adlandırılıb və adını enerji içkisi nəhənginin geyim şirkətinin şərəfinə alıb.
Lakin bu komanda 2024 F1 mövsümündə böyük dəyişiklik. Yarış komandasının yeni adı, yeni baş sponsoru və yeni rəng çalrı olacaq. .komanda əvvəlki illərdə olduğu kimi sərbəst bir adda yarışacaq. Dedi qodulara görə onların adı Racing Bull olacaq.
Bəzi iddialara görə Alphatauri komandası Las Veqasda sponsor tapmaq üçün mühüm addımlar atıb. Komandanın rəhbəri Piter Baier iki yeni amerikalı sponsor ilə danışıqlar aparıb və nəticə müsbət olub. Bu anlaşmanın tezliklə elan olunması gözlənilir.
Komandadakı yeni quruluşun növbəti aylarda elan olunması güman olunur.
Piter Bayer: “Ümumi xarakterimiz olacaq. Toro Rossodakı kimi yenə də Red Bull ailəsinin bir hissəsi olacağıq. Şirkətin adını, xarakterini, loqotipini və hər şeyini dəyişirik. Hər şeyi sıfırdan qururuq.
Komandanın adına və quruluşuna səhmdarlar qərar verəcəklər. Bu məlumat sadəcə bizimlə bölüşüldüyü üçün gizli qalmalıdır. Bunu etmək çətindir.
Doğru yöndə addımlar atırıq. Hazırda ABŞ-da bizi izləyənlər çoxdur deyə biz bu iki şirkəti tapdıq. İki yeni tərəfdaşla çox yaxşı iclas keçirdik. Bir-birlərini yaxşı anladılar və tez uyğunlaşdılar.
Nə zaman açıqlayacağımızı danışdıq və fikir mübadiləsi apardıq. O qədər fikir mübadilə etdilər ki, sonda mən qorxdum. Bir neçə böyük fikirləri var. Böyük şeylər düşünürlər. Bizim cəsarət etmədiyimiz şeyləri düşünürlər”.
Şərh əlavə et