Mik Alpine komandası ilə müqavilə imzalayıb və Hypercar kateqoriyasında komandanın iki heyətindən birinin tərkibində çıxış edəcək.
Mik Şumaxer: “WEC-də Hypercar kateqoriyasında Alpine ilə mənim üçün yeni bir səhifə açılır. Mən avtomobildən çox təsirləndim, ona görə də işə başlamaq üçün səbirsizlənirəm. Təkoturacaqlı maşınlarda yarışaraq böyümüşəm, lakin qapalı kokpit və qapalı təkərli avtomobil sürmək bacarıqlarımı artırmaq üçün əla fürsətdir.
Bu il yarışmaq üçün çox darıxdım, çünki uşaqlıqdan məşğul olmuşam. Bəzən trasda başqa pilotlara baxmaq mənim üçün çətin olurdu. Dözümlülük yarışı mənim üçün yeni çağırışdır. Əminəm ki, gələn il Alpine ilə birlikdə gözəl anları paylaşacağıq”.
Mercedes komandası da artıq təsdiq edib ki, Mik Şumaxer 2024-cü ildə komandanın ehtiyat sürücüsü olaraq qalacaq və Formula1-dəki işini WEC-dəki çıxışlarıyla birləşdirəcək.
Şərh əlavə et