Kokpit.az xatırladır ki, komandalar mövsüm ərzində ən az iki dəfə debütant sürücülərin xidmətindən yararlanmalıdırlar. Ferrari komandası daha əvvəl Niderland Qran Prisində Robert Şvartsmanı trasa çıxarmışdı. Rusiyalı sürücü Zandfortda birinci sərbəst yürüşlərdə Karlos Saynsı əvəz etmiş və 25 dövrə vuraraq, sessiyanı 19-cu yerdə bitirmişdi.
Rusiyalı sürücü Əbu Dabidə də sükan arxasına keçəcək. O, birinci sərbəst yürüşlərdə Şarl Lekleri əvəz edəcək və Ferrari-nin icbari debutant testlərini tamamlayacaq. Robertin 28 noyabrda debütant testlərində də iştirakı gözlənilir.
Həftəsonu Red Bull komandasının da iki debütantla trasa çıxacağı gözlənilir.
Şərh əlavə et