Bununla belə, Mixaelin şəxsiyyəti o qədər unikaldır ki, müxtəlif rejissorlar və studiyalar məşhur yarışçının tərcümeyi-halının öz versiyalarını çəkməyə davam edirlər. Andreas Trollun rejissorluq etdiyi Being Michael Schumacher sənədli serialı dekabrda Almaniyada nümayiş olunacaq. Beş seriya onun kart sürən uşaqdan avtoidman əfsanəsinə necə keçdiyini izah edəcək.
Serialın çəkilişləri zamanı həm Mayklın dostları, qohumları, həm də rəqibləri ilə çoxsaylı müsahibələr qeydə alınıb. Bunlara Deyvid Kulthard, Fernando Alonso, Lyuis Həmilton, Norbert Hauq, Ross Braun və Jan Todt kimi simalar daxildir. Bundan əlavə, serialda yeddiqat dünya çempionunun şəxsi arxivindən kadrlardan da istifadə olunub.
Serialın çıxışı Şuminin Alp dağlarından yıxılaraq ağır zədə alması və bir daha heç yerdə görünməməsinin on illiyinə təsadüf edəcək…
Şərh əlavə et