Kokpit.az xatırladır ki, Las Veqas 41 ildən sonra təqvimə qayıtsa da, insanların bu Qran Pri barədə fikirləri birmənalı deyildi. Əksəriyyət düşünürdü ki, bu yarışdan çox şouya bənzəyəcək. Lakin Las Veqas yarışı maraqlı keçib.
Lyuis Həmilton yarış ərzində mübarizədə olub. O, startda geriləyib. Daha sonra yüksəlsə də, 16-cı dövrədə Piastri ilə təmas yaşayaraq, təkərini partladıb və yenə son pillələrə geriləyib. Amma təslim olmayıb və yüksələrək, yarışı 7-ci yerdə bitirib.
Lyuis Həmilton: “Doğrudan da çətin yarış idi. Startda Hard təkərlə başladım. Arxamdakı Karlosdan zərbə aldım və yerində fırlanan maşınlara çırpılmamağa çalışdım. Beş və ya altı yer itirdim. Ondan sonra geri dönməyə çalışdım. Özümü yaxşı hiss edirdim. Təkərlər yaxşı idi və tempim var idi.
Piastriya hücum edərkən nə baş verdiyini bilmirəm, amma zərbə aldım. Məncə, yarış qəzası idi. Yarış ərzində bir neçə ötmə fürsəti var idi. Məncə, Las Veqas buranın şou üçün olduğunu deyənləri haqsız çıxardı”.
Şərh əlavə et