Kokpit.az xatırladır ki, meksikalı sürücü yarışa 11-ci yerdən başlayıb və ilk döngədə Alonso ilə Bottasın təmasında ön qanadını zədələyib. Buna görə də ilk dövrədən sonra pitə gələrək, ön qanadını dəyişib.
Bundan sonra əksərityyət düşünürdü ki, Peres üçün yarış bitib, amma elə olmayıb və Çeko bir ara liderliyə yüksəlib. Lakin onu əvvəlcə Ferstappen, son dövrədə isə Lekler keçib. Beləliklə Serxio Peres üçüncülüyə razı olub.
Serxio Peres: “Yarışın əvvəlində çox itirdik. Çətin start oldu. Ön qanadımızı qırdıq və peletonun sonuna düşmüşdük. Daha sonra önümüzdəki rəqibləri bir-bir keçməyə başladıq və hər şey qaydasında gedirdi. İlk hissədə tempimiz əla idi və təhlükəsizlik maşınının hesabına geri dönmüşdük.
Təhlükəsizlik maşınından sonra Şarlı keçdim, amma fərqi artıra bilmədim. Həddən artıq qanad bucağı ilə yarışdım və buna görə düzlük sürətim aşağı idi.
Daha sonra Maks gəldi və ikimizi də keçdi. Şərait çətin idi və külək əsirdi. Bir neçə dəfə təkərləri kilitlədim. Amma bolidi trasda tuta bildim.
Yarışın son dövrəsində Şarldan hücum gözləmirdim. 0.7 saniyə geridə idi. Əylənmə zonasında daxilə girdi. Şarlı və Maksı təbrik edirəm”.
Şərh əlavə et