Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Belə gözəl yarış görməmişdim

Ferrari komandasının sürücüsü Şarl Lekler Las Veqas yarışında ikinci olsa da, yarışdan həzz alıb.

Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa pouldan başlasa da, startda Maks Ferstappenin gerisinə düşüb. Lakin o, trasda hücum edərək, rəqibini geridə qoyub.

Daha sonra trasa girən təhlükəsizlik maşını Leklerin planlarını pozub. Yarışın son dövrəsinə başlayarkən Lekler rəqibləri Ferstappen və Peresdən sonra üçüncü olsa da, son döngələrdə Peresə hücum edərək, ikinci olub.

Şarl Lekler: “Nə gözəl yarış idi. Çox həzz aldım. Əlbəttə, ikinci bitirdiyim üçün məyusam, amma əlimizdən bundan yaxşısı gəlmirdi. Startda Maks daxili trayektoriyada ilişməni itirdi və məni trasdan çıxardı. Amma tempimiz yaxşı idi. Bu anda onu yenidən keçdik və doğrudan da güclü idik. Doğrudan da yaxşı yarış idi.

Təhlükəsizlik maşınında bəxtimiz gətirmədi. Rəqiblərimizin nə edəcəyini bilmədiyimiz üçün pitə gəlmədik və liderliyi qorumağa çalışdıq. Sonlarda köhnə təkərlərdə problem yaşadıq, amam düzünü desəm, mübarizədən həzz aldım. Belə yarışa ehtiyacımız var idi.

Bu, inanılmaz idmandır və mən Las Veqasdakı yarışdan gözəl yarış görməmişdim. Şəhərdəki enerji inanılmazdır və mən həzz aldım.”

Rauf Hacıyev

Şərh əlavə et