Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Las Veqasda ilk poul mənimdir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarışda hər şeyi bir araya gətirib, qalib gəlmək istəyir.

Kokpit.az xatırladır ki, Ferrari həftəsonu başlayandan ən sürətli komanda olaraq görünüb. Şarl Lekler sıralanma turunun hər üç sessiyasında da ən sürətli pilot olub və möhtəşəm Las Veqasın küçələrində poulu bayram edib.

Şarl Lekler: “Xoşbəxtəm, çünki Las Veqasda ilk poulu mən qazandım. Gözəl tədbirdir. Pouldan başlamaq əla olsa da, mən son sessiyadakı dövrələrimə görə xoşbəxt deyiləm. Heç də yaxşı iş görmədim, amma poula bəs etdi. Buna ehtiyacımız var idi.

İndi isə yarışı qazanmağa köklənməliyik. Hər şeyi bir araya gətirməliyik. Yarışda biz əksər hallarda zəif oluruq. Ümid edirəm ki; bu dəfə bacararıq”.

Rauf Hacıyev

Şərh əlavə et