Kokpit.az xatırladır ki, niderlandlı sürücü Las Veqasdakı yarışa Karlos Saynsın cəzası ilə ikinci yerdən başlayacaq.
Maks Ferstappen: “Tras çox soyuq və sürüşgəndir. Şəhər tipli tras olduğu üçün divarlara yaxın getməyə çalışırsınız, amma bu, heç də asan olmur. Yenə də həzz aldım. Məncə, maksimum performans göstərdik. Ancaq bütün həftəsonu ərzində vahid dövrə performansında geridə qaldıq. Ümid edirəm ki, yarışda təkərləri yaxşı işlədərək, yüksələrik.
Dünən özümü daha yaxşı hiss etdim, amma bu gün bir az da sürətli olmaq istərdim. Yarış çətin olacaq. Burada xal almaq da asan deyil. Təhlükəsizlik maşını çıxa bilər. Bundan başqa uzun düzlüklər var və orada bol mübarizə görəcəyimizi düşünürəm. Ümid edirəm ki, təkərləri yaxşı işlədərik”.
Şərh əlavə et