Xəbəri Kokpitdə Oxuyun!

Las Veqas-2023: Rassell son məşqlərin ən sürətlisi olub

İlk məşqlərin drenaj qapaqlarındakı problemə görə qısa çəkib, səhərə yaxın keçirilən ikinci məşqlərə isə tamaşaçılar buraxılmayıb. Nəhayət, Las Veqasda tam normal bir məşq sessiyası baş tutub.

Yeni döşənmiş asfalt rezin qatla örtülsə də, sürüşkən olub. Hard təkərlər demək olar ki, istifadə edilməyib.

Sayns, Maqnussen, Rikkardo, Sarcent, Bottas, Ferstappen və Elbon əyləc zamanı təkərləri bağladıqdan sonra trasdan çıxıblar və maşınlar üçün heç bir pis nəticə olmadan geri qayıdıblar. Tsunodaya pit-leynə daxil olarkən ağ xətti basdığı üçün ağ-qara bayraq göstərilib.

51-ci dəqiqədə Elbon beşinci döngədə maneəyə toxunub, arxa sol təkər maşından qoparaq trasda dayanıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb və davam etdirilməməsinə qərar verilib.

Uzun 6 kilometrlik trasda nəticələr təəccüblü dərəcədə sıx olub. Corc Rassell dövrəni 1:34.093 müddətdə başa vuraraq ən yaxşı nəticəni göstərib.

Bizi maraqlı sıralanma turu gözləyir…

Sıra Sürücü Komanda Zaman Fərq Dövrə
1 Corc Rassell Mercedes 1:34.093 23
2 Oskar Piastri McLaren 1:34.491 +0.398 20
3 Loqan Sarcent Williams 1:34.645 +0.552 17
4 Maks Ferstappen Red Bull 1:34.653 +0.560 14
5 Serxio Peres Red Bull 1:34.706 +0.613 13
6 Aleksander Elbon Williams 1:34.726 +0.633 14
7 Fernando Alonso Aston Martin 1:34.788 +0.695 18
8 Lyuis Həmilton Mercedes 1:34.853 +0.760 24
9 Valtteri Bottas Alfa Romeo 1:34.908 +0.815 18
10 Kevin Maqnussen Haas 1:35.067 +0.974 18
11 Lando Norris McLaren 1:35.089 +0.996 17
12 Niko Hülkenberq Haas 1:35.112 +1.019 17
13 Ləns Stroll Aston Martin 1:35.253 +1.160 20
14 Esteban Okon Alpine 1:35.297 +1.204 15
15 Quanyu Çjou Alfa Romeo 1:35.881 +1.788 15
16 Şarl Lekler Ferrari 1:35.908 +1.815 22
17 Karlos Sayns Ferrari 1:35.939 +1.846 21
18 Yuki Tsunoda AlphaTauri 1:36.087 +1.994 15
19 Pyer Qasli Alpine 1:36.485 +2.392 12
20 Daniel Rikkardo AlphaTauri 1:37.778 +3.685 15

Elçin Zodorov

Şərh əlavə et