Kokpit.az xatırladır ki, Las Veqas trası uzun düzlükləri və əylənmə zonaları ilə fərqli yarış vəd edir.
Karlos Sayns: “Məncə, 1, 2 və 3-cü döngələr fərqlənirlər. Bunlar 90 dərəcəlik bucağa sahibdirlər və trasın digər hissələrindən fərqlənirlər. 6-cı və 7-ci döngələrdə isə fərqli əylənmə bölgələri var və simulyatorda belə orada meyar nöqtəsi tapa bilmədik.
Bundan başqa özünüzə inanmalısınız, çünki divarlara yaxın getməli olduğunuz uzun düzlüklər və böyük əylənmə zonaları var. Aşağı asfaltayatma qüvvəsinə baxmayaraq, özünüzə inam olmalıdır. Buna görə də əylənmə zonaları vacib olacaq.
Trasda hələ gəzə bilməsəm də, simulyatorda çoxlu dövrələr vurmuşam. Təhlükəsizlik maşınının sərbəst yürüşlərini izləyəcəm. Asfaltın nə qədər tozlu olduğunu və qabarların yerinə baxacam.
Təhlükəsizlik maşınının davranışından trasın nə qədər sürüşgən olduğunu anlaya bilərsiniz. Bu həftəsonu yaxşı nəticə üçün ümidliyik, çünki tras bizim üçün əlverişlidir. Montsa və Sinqapurdakı kimi uzun düzlüklər və dar döngələr maşınımız üçün əlverişlidir.
Bəlkə də, maşınımız birinci və ikinci döngədə çox sürətli olmayacaq, amma dövrənin qalan hissəsi bizim üçün yaxşı olacaq. Ümid edirəm ki, fürsətimiz olar”.
Şərh əlavə et