Xəbəri Kokpitdə Oxuyun!

Las Veqas 2023: F1-in ən soyuq həftəsonu olacaq?

Bu həftə sonu Las-Veqasın yerləşdiyi Mohave səhrasının mərkəzi hissəsində hava gündüz isti, gecə isə soyuq olacaq.

Günlərdir ki, növbəti yarış həftəsonunda havanın çox soyuq olacağı əsas müzakirə mövzusudur, lakin vəziyyət gözlənildiyi qədər kritik olmayacaq.

Belə ki, havanın temperaturu cümə axşamı günü gecə +11°C, cümə günü gecə +14°C, şənbə günü gecə isə +10°C olacaq. Yağıntı gözlənilmir. İstənilən halda, F1 üçün soyuq hava hesab edilə bilər və belə şəraitdə təkərləri işçi rejiminə çatdırmaq əsas vəzifə olacaq.

Qeyd edək ki, yarış həftəsonu cəmi 1 həftə ertələnsəydi, temperatur orta hesabla 5 dərəcə aşağı oalcaqdı…

Elçin Zodorov

Şərh əlavə et