Ferrari komandasının rəhbəri Frederik Vassyör soyuq havaya baxmayaraq, Las Veqas yarışında xaos gözləmir.
Kokpit.az xatırladır ki, Las Veqas 41 ildən sonra ilk dəfə Formula1-i qəbul edəcək, amma yarış fərqli trasda olacaq.
Tras uzun düzlükləri ilə fərqlənir və asfalt tamamilə yeni olacağı üçün ilişmənin necə olacağı hamya maraqlıdır. Üstəlik yarış gecə saatlarında baş tutacaq və bu fəsildə Las Veqasa hava axşamlar 10 dərəcədən aşağı düşür.
Hava haqqında proqnozlara görə cümə günü yağış yağacaq. Bütün bunları düşünsək, bizi xaotik yarış gözləyə bilər.
Frederik Vassyör: “Las Veqas yarışı çətin olacaq. Hamı bunun fərqindədir. Yarış gecə keçiriləcək və hava çox soyuq olacaq. Bundan başqa xüsusi quruluşu olan yeni trasa gedirik.
Keçən il Mayamidə hər şey qaydasında idi. Tras yaxşı hazırlanmışdı. Ümid edirəm ki, Veqasda da eynisi olar. Əksini düşünmək üçün səbəbimiz yoxdur”.
Şərh əlavə et