Xəbəri Kokpitdə Oxuyun!

Alfa Romeo da xüsusi rəng çalarına keçib

Alfa Romeo komandası bu həftəsonu Las Veqasda mübarizə aparacağı rəng çalarını təqdim edib.

Kokpit.az bildirir ki, Alfa Romeo komandası Las Veqasda qırmızı rəngi maşından tamamilə çıxarıb və qara rəngə boyanıb.

Arxa tərəfdə isə qumar oyunlarını xatırladan kart şəkilləri var. Ön qanadda da eyni şəkillər mövcuddur. Arxadakı oyun kartlarında 6 rəqəmini görürük. Bu, Alfa Romeo ilə Sauber şirkətinin altıillik tərəfdaşlığına bir işarədir.

Qara rəng çaları bu həftəsonu Quanyu Çjou və Valtteti Bottasın geyimlərində də olacaq.

Xatırladaq ki, bu həftəsonu Ferrari, Alpine, Williams, Red Bull və McLaren xüsusi rəng çaları ilə yarışacaqlarını bildirmişdilər.

Rauf Hacıyev

Şərh əlavə et