Williams komandası Las Veqas Qran Prisi üçün Aleks Elbonla Loqan Sarcentin maşınında kiçik dəyişikliklər edib.
Kokpit.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası Ferrari və Alpine-dən sonra rəng çalarında dəyişiklik edən üçüncü komanda olub. Onlar maraqla gözlənilən Las Veqas yarışından əvvəl boliddə xırda dəyişikliklər ediblər.
Las Veqasda yarış süni işıqlandırma altında olacaq və trasın rəngbərəng olması gözlənilir. Komandalar da trasda daha gözəl görünmək üçün rəng çalarlarını dəyişirlər.
Bolid demək olar ki, eyni qalıb. Lakin motor qapağının arxasında Las Veqas-ın plakatı və Williams loqotipi var. Rəng çalarında ulduzlara da yer verilib və bunun gecə işıqlar altında ön plana çıxması gözlənilir.
Red Bull, Alfa Romeo və Mercedes-in də rəng çalarında dəyişikliyi etməyi gözlənilir.
Şərh əlavə et