Xəbəri Kokpitdə Oxuyun!

Red Bull 10 seçimdən birinə qərar verib

Red Bull komandası Las Veqasda yarışacağı xüsusi rəng çalarını təqdim edib.

Kokpit.az bildirir ki, Red Bull Racing-in azarkeşləri The Paddock platforması üzərindən Las Veqas üçün hazırlanmış 10 fərqli çalar arasından seçim ediblər.

Səsvermədə çox adam iştirak edib və azarkeşlər Las Veqasda bənövşəyi rəngin üstünlük təşkiı etdiyi xüsusi rəng çalarını seçiblər.

Yeni rəng çalarında bolid demək olar ki, bənövşıyi rəngə boyanıb və üzərində Las Veqasın simvolu olan qumar emblemləri var. Bu da bolidi əvvəlkindən fərqli göstərir.

Bu rəng çalarının işıqlar altında daha yaxşı görünməsi gözlənilir. Beləliklə, Red Bull Las Veqasda rəng çalarını dəyişən dördüncü komanda olub. Daha əvvəl Ferrari, Williams, Alpine rəng çalarlarını dəyişmişdilər.

Rauf Hacıyev

Şərh əlavə et