General Motors 2028-ci ildən etibarən Formula1-ə güc qurğusu vermək üçün FİA-ya rəsmən müraciət edib.
Kokpit.az bildirir ki, nəhəng avtoistehsalçı olan General Motors Formula1-də çıxış etməyi hədəfləyir və onlar Andretti Cadillac olaraq idmandakı 11-ci komanda kimi yarışmaq istəyirlər.
Andretti layihəsi üçün FİA-dan razılıq alınıb, amma hazırda FOM-un qərarı gözlənilir. Lakin kommersiya gəlirlərinin azalmasını istəməyən 10 komanda FOM-a dirənib və onlar 11-ci komandaya qarşıdırlar. Andretti-nin və GM-in rəhbərlərinin Las Veqasda paddoka gələrək, FOM ilə danışıqlar aparması gözlənilir.
Andretti komandasının 2025-ci ildə idmana gəlməsi və ilk illərdə Alpine ilə işləməsi gözlənilir. 2028-ci ildən isə GM öz güc qurğusunu istehsal edəcək. Onlar artıq 2028-ci il üçün qeydiyyata düşüblər.
GM-in Prezidenti Mark Roys: “Andretti Cadillac F1 maşınımızın GM güc qurğusu ilə işləməsinə görə həyəcanlıyıq. Bizim dərin mühəndislik və yarış təcrübəmiz var. Bununla idmana uğurlu güc qurğusu gətirib, Andretti Cadillac-ın baza komandasını yarada bilərik”.
Qeyd edək ki, Chevrolet və Cadillac kimi brendlərin sahibi olan General Motors mühərrik üzərində işləməyə çoxdan başlayıblar.
Andretti komandası FOM-dan razılıq ala bilməsə, GM-in Formula1-ə olan marağı da bitə biıər.
Şərh əlavə et