Xəbəri Kokpitdə Oxuyun!

Alpine komandası Las Veqasda yeni rəng çaları ilə yarışacaq

Alpine komandası Las Veqas Qran Prisi üçün xüsusi rəng çaları hazırlayıb.

Kokpit.az xatırladır ki, Las Veqas uzun illərdən sonra yenidən Formula1-i qəbul edəcək və yarış həftəsonunun karnaval ab-havasında keçməsi gözlənilir.

Komandalar da həftəsonu üçün hazırlıqlarını yavaş-yavaş tamamlayırlar.

Həftənin birinci günü Alpine komandası yenilənmiş rəng çalarını təqdim edib. Rəng çaları demək olar eyni qalsa da, bəzi hissələrdə müxtəlif naxışlardan istifadə olunub. Bundan başqa ön tərəfdə Palace və Kappa loqoları da var. Castrol loqotiplərində də xırda dəyişikliklər olsa da, bolid demək olar eyni qalıb.

Rauf Hacıyev

Şərh əlavə et