Xəbəri Kokpitdə Oxuyun!

R.Şumaxer Ferstappeni əfsanələrlə müqayisə etmir

Sabiq Formula1 pilotu Ralf Şumaxer yaxşı performansına baxmayaraq, Maks Ferstappeni idmanın əfsanələri olan Mixael Şumaxer və Ayrton Senna ilə müqayisə etməyə tələsmir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Braziliyada builki 17-ci qələbəsini qazanaraq, öz rekordunu yeniləyib. Bundan başqa, onun karyerasında artıq 52 qələbə var və artıq 26 yaşında Formula1 tarixinin ən çox yarış qazanmış dördüncü sürücüsüdür.

Buna baxmayaraq, Ralf Şumaxer gənc Maksı əfsanələrlə müqayisə etməyə tələsmir: “Maks qələbədən qələbəyə gedir və tarix yazır. Braziliyada bir səhv belə etmədi. Ancaq insanların onu qardaşımla ya da Senna ilə müqayisə etməsini düzgün saymıram.

Onlar öz dövrlərinin heyrətamiz sürücüləri idilər. İndiyə kimi qazandıqları nəticələr əlçatmazdır. Maksın performansını komanda yoldaşı Pereslə müqayisə etsəniz, aradakı sürət fərqini görəcəksiniz”.

Rauf Hacıyev

Şərh əlavə et