Ferrari komandası Las Veqasda xüsusi rəng çaları ilə yarışacaq.
Kokpit. az xatırladır ki, Formula1 uzun müddətdən sonra Las Veqasa qayıdır. Burada son yarış 41 il əvvəl baş tutmuşdu.
Yarış o vaxt Caesars Palace-ın avtodayanacağında keçirilmişdi. Bu dəfə sürücülər otel və qumarxanaların önündən keçərək, Strip-ə gedəcəklər.
Ferrari bu göstərişli yarış üçün xüsusi rəng çaları hazırlayıb. Bolidin arxa qanadı ağ rəngdə olacaq. Bundan başqa bolidin müxtəlif yerlərində ağ xəttlərə yer veriləcək.
Ferrari keçmişdə bu bölgələrdə yaxşı uğurlar qazanıb. Məsələn, italyanlar 70-ci illərdə Uotkins Qlendə və Lonq Biçdə bir neçə dəfə qalib gəlmişdilər. O vaxt maşınlarda Ferrari qırmızısı ilə yanaşı ağ rəng də var idi.
Yarış həftəsonunda Karlos Sayns və Şarl Lekler başda olmaqla, bütün komanda üzvləri qırmızı-ağ rəngli paltarlar geyinəcəklər.
Şərh əlavə et