İspaniyanın km77.com nəşrinin jurnalistləri Abarth 500e elektrokarını ənənəvi “sığın” testi ilə sınaqdan keçiriblər.
Sınaqlar zamanı avtomobil qəflətən zolağı dəyişdirməli – sanki o, əsl heyvanla qarşılaşır – qonşu zolağa keçməli və yenidən öz zolağına qayıtmalıdır. Hetçbek bu manevri 77 km/saat sürətilə yerinə yetirməyi bacarıb, üstəlik öz davranışı ilə mütəxəssisləri yaxşı mənada təəccübləndirə bilib. Testdə bazarda yeganə variantda təklif olunan Abarth 500e modeli iştirak edib.
Əla nəticənin əldə olunmasının əsas səbəkarları aşağı ağırlıq mərkəzini təmin edən batareya və sükan çarxının hərəkətinə dəqiq cavabı təmin edən xüsusi Abarth tənzimləmələridir. Bundan əlavə, proqnozlaşdırıla bilən davranış və elektron yardım sistemlərinin düzgün tənzimləmələri də böyük rol oynayıblar.
Ekstremal Scorpion Track rejimində, ən yaxşı cəhddə, avtomobil 79 km/saat sürətində konuslardan ibarət dəhlizində qalıb, bu, təkcə “sığın” testi üçün keçid nəticəsi deyil, həm də ümumi olaraq test standartlarına görə çox yaxşı nəticədir. Üstəlik bu, bir sıra daha güclü və daha bahalı modellərin nəticələrindən daha yaxşıdır!
Autograph.az
Şərh əlavə et