Xəbəri Kokpitdə Oxuyun!

San Paulu-2023: Ferstappen qələbə seriyasını davam etdirib

San Pauluda mövsümün son sprint həftəsonu baş tutub. Cümə günü baş tutan yeganə məşqlərdə Karlos Sayns, sıralanma turunda isə Maks Ferstappen zirvədə olub.

Şənbə günü Sprint Shootout-da Lando Norris poulu qapsa da, miniyarışda Maksın qələbəsinə mane ola bilməyib. Sprintdə hamı təkərlərin yüksək aşınmasından şikayət etsə də, güc balansları aydın olub.

Asfaltın istiliyinin 50 dərəcədən yuxarı olması təkər faktorunu önə çıxarıb. Pirelli İnterlaqosa C2, C3 və C4 tərkiblərini gətirib. Start üçün Sarcent Medium, qalan bütün sürücülər isə Soft təkərləri seçiblər. Startda ön cərgəni Ferstappen və Lekler, ikinci cərgəni Stroll və Alonso, üçüncü cərgəni isə Həmilton və Norris tutublar.

Yarış başlamamış hadisələr başlayıb – Lekler qızdırma dövrəsində idarəetməni itirərək bariyerlərə çırpılıb və start ala bilməyib.

Startda Ferstappen yerini qoruyub. Norris və Həmilton isə yüksəliblər. Arxada baş verən qəzaların nəticəsində Maqnussen və Elbon mübarizəni dayandırıblar. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 25 dəqiqə davam edib və sürücülər yerindən start almalı olublar. Maşınlarına müdaxilə edilən Rikkardo və Piastri isə pit-leyndən başlamalı olublar.

Startda Maks lider olaraq qalıb, Həmilton Norrisi keçsə də, dərhal ona və Alonsoya keçilib. Peres və Rassell də Strollu üstələyiblər. Norris liderlik üçün Maksa yeganə hücum şansını yoxlayıb, lakin uğurlu ola bilməyib. Üçqat dünya çempionu bundan sonra rəqibindən uzaqlaşıb.

Yarışın sonları isə Alonso və Peresin podium savaşına səhnə olub. Daha üstün maşınla gələn Serxionun hücumlarını məharətlə dəf edən Fernando keçilsə də, son dövrədə yerini geri ala bilib. İkili finiş xəttini 0.053 saniyə fərqlə keçiblər.

Lekler, Maqnussen və Elbonla yanaşı, Alfa Romeo sürücüləri və Rassell də yarışı tamamlaya bilməyiblər.

Maks Ferstappen mövsümdəki qələbə sayını 17-ə çatdıraraq rekordunu daha da inkişaf etdirib. Bu, niderlandlı sürücünün karyerasında 52-ci zəfər olub. Podiumun ikinci pilləsini artıq bu mövqedə görməyə alışdığımız Lando Norris tutub. Fernando Alonso isə aylar sonra podiuma qayıdıb.

Növbəti yarış 2 həftə sonra Las-Veqasda olacaq.

Sıra Sürücü Komanda Vaxt Pit
1 Maks Ferstappen Red Bull 1:56:48.894 4
2 Lando Norris McLaren +8.277 4
3 Fernando Alonso Aston Martin +34.155 4
4 Serxio Peres Red Bull +34.208 4
5 Ləns Stroll Aston Martin +40.845 4
6 Karlos Sayns Ferrari +50.188 4
7 Pyer Qasli Alpine +56.093 4
8 Lyuis Həmilton Mercedes +62.959 4
9 Yuki Tsunoda AlphaTauri +69.880 4
10 Esteban Okon Alpine +1 dövrə 5
11 Loqan Sarcent Williams +1 dövrə 4
12 Niko Hülkenberq Haas +1 dövrə 4
13 Daniel Rikkardo AlphaTauri +1 dövrə 4
14 Oskar Piastri McLaren +2 dövrə 4

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:12.486 (61-ci dövrə, 214.005 km/s)

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 524
2 Serxio Peres Oracle Red Bull Racing 258
3 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 226
4 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 198
5 Lando Norris McLaren F1 Team 195
6 Karlos Sayns Scuderia Ferrari 192
7 Şarl Lekler Scuderia Ferrari 170
8 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 156
9 Oskar Piastri McLaren F1 Team 87
10 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 63
11 Pyer Qasli BWT Alpine F1 Team 62
12 Esteban Okon BWT Alpine F1 Team 46
13 Aleksander Elbon Williams Racing 27
14 Yuki Tsunoda Scuderia AlphaTauri 13
15 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 10
16 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
17 Daniel Rikkardo Scuderia AlphaTauri 6
18 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 6
19 Kevin Maqnussen MoneyGram Haas F1 Team 3
20 Lyam Louson Scuderia AlphaTauri 2
21 Loqan Sarcent Williams Racing 1

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 1. Oracle Red Bull Racing Honda RBPT 782
2 2. Mercedes-AMG PETRONAS F1 Team Mercedes 382
3 3. Scuderia Ferrari Ferrari 362
4 4. McLaren F1 Team Mercedes 282
5 5. Aston Martin Aramco Cognizant F1 Team Mercedes 261
6 6. BWT Alpine F1 Team Renault 108
7 7. Williams Racing Mercedes 28
8 8. Scuderia AlphaTauri Honda RBPT 21
9 9. Alfa Romeo F1 Team Stake Ferrari 16
10 10. MoneyGram Haas F1 Team Ferrari 12

Elçin Zodorov

Şərh əlavə et