Kokpit.az xəbər verir ki, hava isti olub, vəd edilən yağış yağana qədər hamı trasa tələsib və proqramı mümkün qədər çox yerinə yetirməyə çalışıb. Əvvəlcə hamı Soft-larla trasa çıxıb, sonra isə Hard-lara keçiblər.
Alonso təkəri deşildiyi üçün pitə qayıdıb. Sarcent və Rassell maşın və asfaltla ilişmənin olmamasından şikayətləniblər. Hülkenberq və Norris təmas yaşayıblar və stüardlar bu məsələni daha sonra araşdıracaqlar.
Bir çox sürücü sürətli dövrəyə cəhd etməyib. Hava şəraiti pisləşməyib, protokollara Karlos Sayns başçılıq edib – 1:11.732.
Bizi bu gecə maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et